Rusiyanın Murmansk vilayətində yerləşən Olenya hərbi hava bazasında güclü yanğın baş verib.
Musavat.com telegram kanallarına istinadən xəbər verir ki, yerli sakinlər partlayış səsləri eşitdiklərini və qara tüstünün Vısokiy qəsəbəsi istiqamətindən göründüyünü bildirirlər.
Hadisənin səbəbləri ilə bağlı rəsmi açıqlama verilməsə də, ilkin ehtimallara görə, aerodrom Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) tərəfindən hücuma məruz qalıb.
Qeyd edək ki, Olenya hərbi hava bazası daha əvvəl də dəfələrlə Ukrayna PUA-larının hədəfi olub.
Musavat.com