Rusiyada sabiq xarici işlər naziri Andrey Kozırev xarici agent elan olunub.
Musavat.com xəbər verir ki, məlumat Rusiya Ədliyyə Nazirliyinin İnternet saytında yerləşdirilib.
Bildirilir ki, 1990-cı ilin oktyabrından 1996-cı ilin yanvarınadək xarici işlər naziri (RSFSR Xarici İşlər Nazirliyi) vəzifəsini tutan, eyni zamanda 1-ci və 2-ci çağırış Dövlət Dumasının deputatı olan Kozırevin “günahları” da qeyd edilib: Rusiya hakimiyyətinin qərarları və siyasəti haqqında saxta məlumatlar yaymaq habelə Rusiya hakimiyyətinə mənfi imic yaratmaqda, Ukraynadakı işğalçı müharibəyə qarşı çıxmaq və xarici platformalarla qarşılıqlı əlaqə qurmaq.
Musavat.com