Ermənistan Apellyasiya Məhkəməsi Gürcüstan vətəndaşı Georgi Kinoyanın həbsdə saxlanılması barədə qərar verib.
Musavat.com xəbər verir ki, məhkəmə Kinoyanın azadlığa buraxılması barədə müraciəti təmin etməyib.
Georgi Kinoyan sentyabrın 3-də Ermənistan-Gürcüstan sərhədində saxlanılıb.
Rusiya tərəfinin məlumatına görə, Kinoyan 2024-cü ildə qiyabi şəkildə 7 il azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. O, Ukraynanın tərəfində vuruşan “Gürcü Legionu”nda iştirakda ittiham olunur.
Kinoyanın ailəsi isə onun azadlığa buraxılması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.
Musavat.com