“Şakir Paşa Ailəsi” ilə bağlı gözlənilməz QƏRAR

NOW TV-də yayımlanan “Şakir Paşa Ailəsi” serialı yayıma başladığı gündən bu yana saysız-hesabsız problemlərlə qarşılaşıb.

Musavat.comHaber Global”a istinadən xəbər verir ki, çəkiliş meydançasında baş verən yanğınlar, heyət üzvünün faciəli ölümü, Türkiyə Radio-Televiziya Üst Qurumunun (RTÜK) tətbiq etdiyi cərimələr, eləcə də Şakir Paşanın nəvələrinin hüquqi addımları səbəbilə serialın 16-cı bölümdə mövsüm finalı edəcəyi gözlənilirdi.

Ancaq jurnalist Birsen Altuntaşın verdiyi açıqlamaya görə, mövsüm finalı daha erkən tarixə çəkilib. Reklam gəlirlərinin azlığı səbəbindən 13-cü bölümü yayımlanmayan serial, artıq 15-ci bölümdə mövsümə ara verəcək.

Beləliklə, “Şakir Paşa Ailəsi” bir bölüm erkən mövsüm finalı edəcək və 15-ci bölümdə tamaşaçılara müvəqqəti vida edəcək.

Musavat.com

23.04.2025 13:44
2008