Salyanda ağır qəza - 1 nəfər ölüb, 7 yaralı var

Salyanda baş vermiş qəzada sürücülərdən biri ölüb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində, üçü azyaşlı olmaqla, 8 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Sürücülərdən biri Salyan sakini, 1990-cı il təvəllüdlü Məmmədov Səbuhi Şakir oğlu reanimasiya şöbəsinə ölüb.

08.10.2025 00:03
444