Salyanda AĞIR QƏZA: 6 nəfər xəsarət aldı

Salyan rayonunda baş verən avtoqəzada altı nəfər xəsarət alıb.

Hadisə rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobillərin toqquşması nəticəsində altı nəfər - Salyan rayon sakinləri, 2016-cı il təvəllüdlü Cəfərli Xanım Ceyhun qızı, 2017-ci il təvəllüdlü Cəfərli Eşqin Ceyhun oğlu, 2002-ci il təvəllüdlü Cəfərova Nərminə Coşqun qızı və şəxsiyyəti hələ dəqiqləşdirilməyən daha üç nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.//Report

07.10.2025 16:14
344