İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) İsrailin mərkəzi şəhəri Tel-Əvivin sakinlərini təcili şəkildə şəhəri tərk etməyə çağırıb.
Musavat.com xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti rəsmi bəyanat yayıb.
“Biz uzun və total müharibəyə hazırıq,” – deyə SEPAH rəhbərliyi bildirib.
Bu bəyanat İsrail və İran arasında hərbi eskalasiyanın kəskinləşdiyi bir dövrdə səslənib və Tehranın qarşıdurmanı daha geniş miqyasda davam etdirməyə hazır olduğuna işarədir.
Hərbi ekspertlər bildirirlər ki, bu cür çağırış Tel-Əvivin real raket hücumu təhlükəsi ilə üz-üzə qaldığını göstərir və SEPAH-ın strateji xəbərdarlığı kimi qiymətləndirilir. İsrail tərəfi hələlik bu çağırışa rəsmi reaksiya verməyib.
Təhlükəsizlik orqanları isə Tel-Əvivdə mümkün təxliyə planlarını və fövqəladə rejimi yenidən gündəmə gətiriblər.
Musavat.com