“Sevərək ailə qurmamışam” - VİDEO

“Sevərək ailə qurmamışam”.

Bu sözləri Əməkdar artist Sahib İbrahimov qonaq olduğu “Etiraf” verilişində deyib.

Sənətçi ailəsi ilə bağlı bu sözləri dilə gətirib:

“Həyat yoldaşımla bir kənddənik. Demək olar ki, yaxın qonşuyuq. Qismət oldu biz görüşdük. Evdə dörd uşaq olmuşuq – üç qardaş və bir bacı. Mən evin sonbeşiyiyəm. Böyük qardaşım Qərib bəyin 70 yaşı var. Valideynlərim yaşlandığına görə 21-22 yaşımda məni evləndirmək qərarına gəldilər. Onlar mənim toyumu görmək istəyirdilər. Onları dediyi kimi oldu və mən 22 yaşımda ailə qurdum”.   (Olay)

18.04.2025 21:43
2285