SON DƏQİQƏ! Prezident mühüm sərəncam İMZALADI

Azərbaycan Prezidenti İlham Əliyev Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işləri üçün vəsaitin ayrılması haqqında Sərəncam imzalayıb.

Musavat.com-un məlumatına görə, ziyarətgahın təmir-bərpa işlərinə sərəncama əsasən Prezidentinin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 550 min manat ayrılacaq.

02.05.2025 16:54
4014