Rusiya prezidenti Vladimir Putin aprelin 25-də Kremldə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffu qəbul edib.
Musavat.com REN TV-yə istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Putin Kremldə prezident Trampın nümayəndəsi Stiven Uitkoffu qəbul edib", – deyə Kremlin nümayəndəsi bildirib.
Kreml mətbuat xidmətinin yaydığı kadrlar göstərir ki, görüşdə Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev və prezidentin köməkçisi Yuri Uşakov da iştirak edib.
Görüşün əvvəlində Uitkoff Putinə "How are you, Mr. President?" (Necəsiniz, cənab Prezident?) sualını verib.
Musavat.com