SON DƏQİQƏ: Rusiya təyyarəsi QƏZAYA UĞRADI - FOTO

Rusiyaya məxsus "İL-76" təyyarəsi mühərrikdə yaranmış problem səbəbindən Krasnoyarskın Çeremşanka hava limanında təcili eniş edib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Regional Nəqliyyat Nazirliyindən TASS-a bildirilib.

Məlumata görə, eniş zamanı təyyarə zolaqdan təxminən 50 metr kənara çıxıb. Hazırda hava limanı digər reyslər üçün bağlıdır və təcili xidmətlər fəaliyyət göstərir.

Nazirlik əlavə edib ki, 4 km məsafədə yerləşən Krasnoyarsk beynəlxalq hava limanı isə normal rejimdə işləyir.

Qeyd edək ki, Çeremşanka hava limanı əsasən yerli marşrutlar və tranzit uçuşlar üçün istifadə olunur.

Musavat.com

03.09.2025 11:53
9143