SON DƏQİQƏ! Şəmkirdə qətliam kimi qəza: 7 nəfər öldü

Şəmkirdə ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır./Report

@@https://t.me/TVmusavat/123477@@

07.08.2025 08:35
2857