SON DƏQİQƏ: Sumqayıtda ticarət mərkəzində YANĞIN

Sumqayıt şəhəri Sülh prospektində yerləşən "Jalə" ticarət mərkəzində başlayan yanğın məhdudlaşdırılıb.

Məlumata görə, FHN yanğınsöndürmə briqadasının müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb.

***

09:14

Sumqayıt şəhəri Sülh prospektində yerləşən "Jalə" ticarət mərkəzində yanğın başlayıb.

Musavat.com-un məlumatına görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub. 

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. 

16.04.2025 09:49
2836