Sumida sərnişin qatarı vurulub - 30-dan çox insan xəsarət alıb

Rusiya ordusunun hərbçiləri Ukraynanın Sumı vilayətində dəmiryol vağzalına hücum edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, dəmiryol vağzalında dayanmış Şostka-Kiyev sərnişin qatarnın vurulması nəticəsində 30-dan çox insan xəsarət alıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, qatar vaqonlarından birində yanğın baş verib. 30-dan çox sərnişin yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb.

Musavat.com

 

04.10.2025 15:49
451