Sumqayıtda DƏHŞƏT: Külək hasarı maşının üzərinə aşırdı, sürücü öldü

Sumqayıtda külək hasarı aşırıb, ölən var.

Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb.

Güclü külək hasarı 1980-ci il təvəllüdlü Natiq Haqverdiyevə məxsus "KamAZ" markalı maşının üzərinə aşırıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.//APA

02.05.2025 14:32
466