Sumqayıtda maşın dərəyə aşdı - FOTO

Sumqayıtda yol qəzası baş verib. Musavat.com-un məlumatına görə, hadisə “Stansiya Sumqayıt” adlanan yaşayış massivində qeydə alınıb.

"Ford Fusion" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını dərəyə aşırıb.

Qəza nəticəsində xəsarət yoxdur.

Şahanə Rəhimli
Musavat.com

24.09.2025 18:42
426