Sumqayıtda baş verən qətlin bəzi təfərrüatları məlum olub.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb.
Məlumata görə, İlkin Şakir oğlu Atakişiyev əvvəlcə həyat yoldaşı, 1991-ci il təvəllüdlü Yeganə Bəxtiyar qızı Atakişiyevanı, sonra isə özünü öldürüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
***
Sumayıtda qadın (ad və soyadı dəqiqləşdirilir-red) qətlə yetirilib.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.
Onu qətlə yetirməkdə əri şübhəli bilinir.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.