Suriyada Druzi üsyanı genişlənir: Əs-Suveydədən Dəməşqə doğru irəliləyirlər - VİDEO

Druzi üsyançıları Əs-Suveydə şəhərindən böyük karvanlarla Dəməşqə doğru irəliləyir.

Musavat.com xəbər verir ki, bu irəliləyiş son zamanlar Suriya ərazisində vəziyyətin gərginləşdiyini göstərir. Druzi icması üzvləri münaqişə bölgələrində artan zorakılıq və təhlükəsizlik narahatlıqları səbəbindən daha aktiv olmağa başlayıblar.

Bildirilib ki, Druzi üsyançıları Əs-Suveydəki bəzi ərazilərdən yola çıxaraq Dəməşqə doğru hərəkət edirlər. Əs-Suveydəki bu irəliləyişlər, xüsusilə Druzi əhalisinin daha böyük bir güc olaraq səfərbər olmasına və Suriya ordusunun mövqelərinə yaxınlaşmalarına səbəb olub.

Görüntüləri təqdim edirik: 

Musavat.com

 

 

30.04.2025 19:49
3751