Suriyanı kim və necə qarışdırır?

“Druz gərginliyi” arxasında yatan səbəblər

Dəməşq vilayətinin cənubunda yerli silahlılarla hökumət qüvvələri arasında baş verən toqquşma Suriyada sabitliyin hələ çox kövrək olduğunu göstərdi. Bu həftənin əvvəlində baş verən qarşıdurmada bu günə qədər Suriya təhlükəsizlik qüvvələrinin azı 16 əməkdaşı ölüb. Həmçinin yerli silahlılar arasında çoxlu sayda ölü və yaralı var.

Suriya Müdafiə Nazirliyi əraziyə əlavə qüvvələr göndərib. Dəməşqdən cənuba gedən yollar. O cümlədən adı çəkilən qəsəbə ətrafında dəhlizi yaradılıb və hadisənin araşdırılması üçün istintaq başladılıb.

Suriyada druzlarla hökumət qüvvələri arasında şiddətli toqquşmalar baş  verib - Oxu.az

Müdafiə Nazirliyinin məlumatında qeyd olunur ki, gərginliyə Məhəmməd Peyğəmbəri (s) təhqir edən səs yazısı və ardınca sosial mediada nifrət çağırışlarının yayılması səbəb olub. Belə ki, sosial şəbəkələrdə yayılan səs yazısında druz liderlərindən birinin Məhəmməd Peyğəmbəri (s) təhqir etdiyi iddia olunub və bu şayiə sürətlə yayılaraq qisas çağırışlarına səbəb olub.

Çox tezliklə ətraf ərazilərdə yaşayanlar əl-Məlixa və digər qəsəbələrdən silahlı şəxslər druzların yaşadığı Ceramana şəhəri ətrafına toplanması ilə başlayıb. Bundan sonra isə döyüşlər başlayıb və tezliklə geniş miqyaslı döyüşlərə səbəb olub. Ancaq hadisələr İsrailin bölgəyə göndərilən Suriya Müdafiə Nazirliyi hərbi kolonlarını vurması ilə daha da dramatik hal alıb. İsrail hakimiyyəti bildirib ki, Dəməşq hakimiyyətinin druz icmasına qarşı zorakılığına göz yummayacaq. Bu gün isə 3 yaralı druzun İsrailə müalicəyə apardıldığı xəbərləri yayılıb.

Israel says it carried out a warning strike in defense of Syria's Druze  community

İsrail hökuməti ilə druz icması arasında münasibətlər Bəşər Əsəd devrildikdən sonra daha da yaxınlaşıb. Suveyda vilayətində kompakt yaşayan druzlar Bəşər Əsəd hakimiyyətinə müxalif olsalar da, ortaq razılaşma ilə sülh şəraitində yaşayırdı. Ancaq Əsədin devirlməsindən sonra yaranmış yeni şəraitdə druzlar Dəməşqə məsafəli yanaşır. İsrail isə Suriyanın cənubunda druzlar vasitəsilə “bufer zona” yaradılmasında maraqlıdır.

Şaradan Türk dünyasına xəyanət – Əsədin tarixi səhvini təkrarladı -  Globalinfo.az

Son hadisəyə gəlincə, ilk baxışdan da aydındır ki, hadisə yaxşı planlanmış təxribat olub. Çünki əvvəla, druzlar hər nə qədər ənənəvi islam məzhəbləri tərəfindən qəbul olunmasa da, özlərini müsəlman hesab edir. Üstəlik min ildən çoxdur müsəlmanlar arasında birgəyaşayış təcrübəsinə malikdir. Belə bir dini qrupun liderinin hazırkı həssas bir zamanda İslam Peyğəmbərini (s) təhqir etməsi mümkün deyil. Bunu Yaxın Şərqdə xristianlar və yəhudilər belə etmirlər, o ki ola druzlar.

The Druze in Israel: A Silent Minority Begins to Speak Out – The Jerusalem  Strategic Tribune

Digər tərəfdən, müəmmalı səs yazısından dərhal sonra ətraf sünni qəsəbəsindən silahlı şəxslərin druz qəsəbəsinə hücumu da səs yazısı təxribatı hazırlayanların əsas planı olub. Çünki hadisələr sosial şəbəkələrdə sürətlə böyüdülüb və tez bir zamanda silahlı qarşıdurmaya çevrilib. Demək ki, səs yazısının silahlı qarşıdurmaya çevriləcəyi əvvəldən dəqiq hesablanıb.

Mart ayının əvvəlində Aralıq dənizi sahilində əsasən ələvi-nusayrilərin kompakt yaşadığı məntəqələrdə baş verənlər göstərdi ki, Suriyada hazırda sabitlik həddən artıq kövrəkdir və istənilən kiçik bir təxribat qanlı hadisələrə səbəb ola bilir. Bunun qarşısını almaq isə hakimiyyətin üzərindədir. Çünki Suriyada xaos və yeni vətəndaş müharibəsini istəyən daxili və xarici qüvvələr var. Bu qüvvələr planlı şəkildə Suriyada bu cür həssas nöqtələri hər an alovlandıra və ölkədə dibi görünməyən xaosa sürükləməyə çalışa bilərlər.

Suriya müharibəsi ABŞ-ın əlindən necə çıxdı? - BBC News Azərbaycanca

Əlbəttə, burada daxili faktorların da rolunu unutmaq olmaz. Suriyada həddən artıq rəngarəng mozaikaya malik ölkədir. Burada fərqli xalqlar (ərəb, türkman, kürd, suryani və sair.) və fərqli dini-məzhəbi qruplar (xristianlar, ermənilər, nusayrilər, şiələr, druzlar və sair.) yaşayır. Habelə ölkə ərazisində xarici dövlətlərin hərbi qüvvələri, mərkəzi hakimiyyətə tabe olmayan silahlı qruplar (keçmiş hakimiyyət qalıqları, YPG-SDQ, druzlar, 8-ci briqada-Cənub Əməliyyat Qərargahı və sair.) var.

Və daha da bir detal hakimiyyət qüvvələri yekcins deyil. Xüsusən də silahlı qüvvələri təşkil edən ordu içərisində radikal silahlı qrupların qalması bu cür həssas hadisələrdə qarşıdurma risklərini artırır. Mart hadisələri zamanı baş verən zorakılıqlar göstərdi ki, Suriyada kiçik bir gərginlik tez bir zamanda etnik və ya dini münaqişəyə çevrilə bilər.

Kənan Rövşənoğlu

01.05.2025 20:22
1074