Musavat.com xəbər verir ki, Rusiyanın Londondakı səfirliyi Böyük Britaniyanın suveren aktivlərlə bağlı mümkün addımlarına sərt reaksiya verib.
Səfirliyin bəyanatında qeyd olunub: “Beynəlxalq münasibətlərdə qarşılıqlılıq prinsipinə tam uyğun olaraq Rusiya cavab tədbirləri görmək hüququnu özündə saxlayır.”
Diplomatik nümayəndəlik vurğulayıb ki, Rusiyaya məxsus aktivlərlə, o cümlədən onların Ukraynaya ötürülməsi ilə bağlı hər hansı əməliyyatlar sahiblərinin razılığı olmadan həyata keçirilə bilməz.
Səfirliyin açıqlamasına görə, aktivlərin Kiyevin “hərbi ehtiyaclarının” maliyyələşdirilməsi üçün istifadəsi münaqişənin uzanmasına xidmət edir.
Musavat.com