TƏBİB: Böyük Şor bulvarında xəsarət alan şəxslər yerində tapılmayıb

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 27.04.2025-ci il tarixində saat 15:07-də Böyük Şor bulvarı ərazisindən uşaqların yıxılaraq xəsarət alması səbəbilə çağırış daxil olub.

Bu barədə Musavat.com-a TƏBİB-dən bildirilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan şəxslər yerində tapılmayıb.

27.04.2025 18:37
655