Təbrizin “Traktor” klubu tarix yazır: 9 dəqiqəyə iki qol - VİDEO

Bu gün Təbrizin “Traktor” futbol klubu Qəzvində “Şəms Azadi”nin qonağıdır. Təbrizlilər qarşılaşmanın 2-ci dəqiqəsində hesabı açıb.

Musavat.com bildirir ki, oyunun 9-cu dəqiqəsində “Traktor” 2-ci qolu rəqibin qapısından keçirib.

Qəzvinin də Azərbaycan şəhəri olduğunu nəzərə alsaq, bu, qardaş komandaların qarşılaşmasıdır. Ona görə də tam dolu olan stadionda Azərbaycan ruzgarı əsir. Azarkeşlər milli şüarlar səsləndirir.

Qarşılaşma davam edir.

Qeyd edək ki, “Traktor" 16 komanda sırasında 27 turdan sonra 61 xalla liderdir.

“Sepahan" 56 xalla ikinci, "Persepolis" 51 xalla üçüncüdür.

İran çempionatının başa çatmasına 2 tur qalıb.

@@TVmusavat/114252@@

30-cu dəqiqədə hesab 0-3 olub.

Musavat.com

02.05.2025 20:22
726