TƏCİLİ: Netanyahunun korteji qəzaya uğradı –FOTO

İsrailin baş naziri Benyamin Netanyahunun korteji qəzaya uğrayıb.

Musavat.com Medianews.az-a istinadən xəbər verir ki, hadisə aprelin 29-u axşam Qüdsdə – baş nazirin qərargahının qarşısında baş verib.

Xəsarət alanlar haqda hələ məlumat yoxdur.

Qəza vaxtı Netanyahunun avtomobildə olub-olmadığı da hələ açıqlanmayıb.

İlkin məlumata görə, kortej motosikllə toqquşub.

Motosiklçinin 17 yaşlı gənc olduğu, yüngül xəsarətlə xəstəxanaya çatdırıldığı deyilir.

Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik.

29.04.2025 19:47
1335