"Teleqram"da ərimə yazırlar, gecə yatanda telefonunu..."

Müğənni Qumral Musayeva ailə həyatı barədə danışıb.

Çox qısqanc olduğunu deyən ifaçı maraqlı etiraf edib.

"Həyat yoldaşımın telefonunu o qədər yoxlamışam ki... Əsasən də, gecə yatanda. O, yatır, mən isə yoxlanışdayam. Əvvəl tez-tez olurdu. Son zamanlar isə nəsə arxayınlıq yaranıb.

Bilmirdi ki, "Teleqram"da kim oldu, yaza bilir. Görmüşəm ki, orada yazıblar qız adlarından. Ərim deyir ki, xəbərim yoxdur kimdirlər".//Milli.az

27.04.2025 18:06
2702