Tərtər çayında uşaq batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Tərtər çayının Bərdə rayonu, Zümürxan kəndindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

Bu barədə Musavat.com-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

01.08.2025 00:39
207