Tərtərdə zəlzələ oldu

Tərtərdə zəlzələ olub

Bərdə stansiyasından 32 kilometr şimalda, Tərtər rayonu ərazisində yeraltı təkanlar qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Qeyd olunur ki, zəlzələ 3,1 maqnitudada və 3 kilometr dərinlikdə baş verib.

Yeraltı təkanlar ətraf ərazilərdə 3 bala qədər hiss olunub. 

 

Musavat.com

18.08.2025 21:11
569