TikTok-dan Makron–Merts videosu ilə bağlı QADAĞA

TikTok platforması Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mertsin Kiyevə gedən qatarında çəkildiyi və ictimaiyyətdə qalmaqal doğuran video ilə bağlı tədbirlər görüb.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Platforma bir sıra videoların yayımını məhdudlaşdırdığını və həmin hadisə ilə bağlı axtarış nəticələrini blokladığını açıqlayıb.

Agentliyin yazdığına görə, YouTube və X (keçmiş Twitter) platformaları isə məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

Toğrul İSMAYIL,
Musavat.com

14.05.2025 22:33
584