Tovuzda azyaşlı yıxılaraq ÖLDÜ

Tovuzda 2 yaşlı uşaq yıxılaraq ölüb.

Məlumata görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

2022-ci il təvəllüdlü Z.M. yaşadıqları evin pilləkənindən yıxılıb. 2 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.//APA

10.12.2024 12:08
448