ABŞ Prezidenti Donald Tramp bu gün Oval kabinetdə xalqa müraciət edəcək.
Musavat.com xəbər verir ki, Ağ Evin Mətbuat Xidmətinin paylaşdığı gündəlik proqramda çıxışın Bakı vaxtı ilə saat 19:00-da planlaşdırıldığı qeyd olunub.
Bəyanatın mövzusu açıqlanmasa da, Trampın nitqini Virciniya ştatının Kuantiko şəhərində Müdafiə naziri Pit Heqset və yüksək rütbəli hərbi rəhbərlərlə görüşdən dərhal sonra səsləndirəcəyi vurğulanır.
Musavat.com