Tramp Rusiyanı hərəkətlənməyə çağırdı

ABŞ prezidenti Donald Tramp Rusiyanı Ukrayna münaqişəsinin tezliklə həlli üçün hərəkətə keçməyə çağırıb.

Musavat.com xəbər verir ki, o, Truth sosial şəbəkə hesabından Sankt-Peterburqda özünün xüsusi nümayəndəsi Stiven Vitkoffla Rusiya prezidenti Vladimir Putin arasında planlaşdırılan görüş ərəfəsində paylaşım edib:

"Rusiya hərəkətə keçməlidir. Həddən artıq çox insan - hər həftə minlərlə insan - heç vaxt baş verməməli olan dəhşətli və mənasız müharibədə ölür".

Tramp həmçinin yenə də prezident olsaydı, hərbi əməliyyatların başlamasına icazə verməyəcəyini deyib.

Musavat.com

11.04.2025 20:57
441