Amerika lideri Donald Tramp Kanadada keçiriləcək G7 sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşəcək.
Musavat.com xəbər verir ki, məlumatı Ağ Ev rəsmisi jurnalistlərə açıqlayıb. Bildirilir ki, Ukrayna prezidentindən əlavə, Tramp Kanadada Meksika prezidenti Klaudiya Şeynbaum və Kanadanın baş naziri Mark Karni ilə də ikitərəfli görüşlər keçirəcək.
Qeyd edək ki, Tramp bir qədər əvvəl Kanadaya gedib. G7 sammiti (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) iyunun 15-dən 17-dək Kanadanın Kananaskis kurort zonasında (Alberta) keçiriləcək.
Musavat.com