Trampdan Vaşinqton görüşü ilə bağlı SON DƏQİQƏ PAYLAŞIMI: “Əliyev və Paşinyanla sülh imzalamaq mənim üçün...”

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda keçirilən tarixi görüşlə bağlı “Truth Social” hesabında paylaşım edib.

Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla uzun illər davam edən münaqişə və itkilərdən sonra sülh imzalamaq onun üçün böyük şərəfdir.

“Onlar iki möhtəşəm insan və böyük liderdirlər. İndi isə mənim yaxşı dostlarım oldular!”, - deyə Tramp vurğulayıb.

İqbal RZAYEV, 
Musavat.com

12.08.2025 10:17
1290