Trampın Qəzza ilə bağlı ATƏŞKƏS PLANI - Təl-Əviv bu təklifi QƏBUL EDƏCƏK...

ABŞ prezidenti Donald Tramp yaxın zamanda Qəzza sektorunda tam atəşkəs barədə danışıqların başlanacağını elan edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Fələstinin "Ma'an News" informasiya agentliyi məlumat yayıb.

Agentlik yazır ki, təklifdə Qəzza sektorunun idarəsinin Ərəb Dövlətləri Liqasının Komitəsi və qismən ABŞ-ın nəzarəti altında olması nəzərdə tutulur.

Ərəb qüvvələrinin daxil olması İsrail ordusunun tam çıxarılmasını tələb edir, buna görə də Təl-Əvivin bu təklifi qəbul edib-etməyəcəyi sual altındadır.

Musavat.com

12.08.2025 13:43
519