Ağ Evdə təqdim olunan xəritədə Rusiyanın Ukrayna ərazilərinə nəzarət faizi açıqlanıb
Musavat.com xəbər verir ki, Ağ Evdə keçirilən qapalı təqdimat zamanı Ukraynanın xəritəsi nümayiş etdirilib. Xəritədə Rusiyanın hazırda ölkənin müxtəlif bölgələrinə nəzarət faizi göstərilib.
Xəritədə ölkənin şərq hissəsi çəhrayı rənglə işarələnmiş və işğal altında olan ərazilərdir.
Məlumata görə, vəziyyət aşağıdakı kimidir:
Luqansk – 99%
Donetsk – 76%
Zaparojye – 73%
Xerson – 73%
Xarkov – 4%
Dnepropetrovsk – 1%
Nikolayev – 1%
Sumı – 1%
Rəsmi məlumatlara əsasən, bu göstəricilər Rusiyanın işğal etdiyi ərazilərin həcmini və cəbhədəki ümumi vəziyyəti əks etdirir.
Xəritədə göstərilən sərhədlər Ukraynanın 1992–2013-cü illər üzrə tanınmış sərhədlərini əks etdirib.
Musavat.com