Tünzalə Ağayevanın idman sevgisi - VİDEO

Xalq artisti Tünzalə Ağayevanın paylaşımı diqqət çəkib.

Musavat.com xəbər verir ki, hər zaman gözəl formada olan pop ulduz idman zalından məşq videosunu yayımlayıb.

Müxtəlif növ ağır və çətin idman hərəkətlərindən istifadə edən sənətçi idmanın artıq bir həyat tərzinə çevrildiyini vurğulayıb.

Qeyd edək ki, Tünzalə Ağayeva idmanla məşğul ola-ola blic-sorğuda da iştirak edib.

Musavat.com

15.10.2025 21:52
760