Türkan Şoray 25 kilo verdi – məşhur aktrisanın xəstəliyi məlum oldu

Türk kinosunun əfsanəsi, “Sultan” ləqəbli Türkan Şoray yenidən gündəmdədir.

Musavat.com bildirir ki, son zamanlar xeyli arıqlaması ilə diqqət çəkən usta sənətçinin 25 kilo verdiyi bildirilmişdi. Nəhayət ki, bu dəyişimin səbəbi bəlli olub.

“Selvi Boylum Al Yazmalım”, “Vesikalı Yarim”, “Hazal”, “Gönderilmemiş Mektuplar” kimi klassik filmlərlə nəsillərin yaddaşına həkk olunan Türkan Şoray bir müddətdir “Cushing sindromu” adlı hormon pozuntusu ilə mübarizə aparıb. Lakin məlumata görə, aktrisa uğurlu bir əməliyyatla bu xəstəlikdən tamamilə xilas olub.

Cushing sindromu nədir?

Bu xəstəlik bədəndə həddindən artıq kortizon hormonunun ifrazı ilə xarakterizə olunur. Nəticədə, insanlarda arıqlamaq çətinləşir və xüsusilə qarın nahiyəsində piylənmə, üzdə isə “ay dədə siması” kimi tanınan yuvarlaqlaşma müşahidə edilir.

Türkan Şorayın sağlığına qovuşması pərəstişkarlarını sevindirib. Sosial şəbəkələrdə ona dəstək mesajları paylaşılır, sənətçinin sağlam və enerjili halı geniş maraqla qarşılanır.

 

Musavat.com

03.05.2025 00:07
1430