Ukrayna XİN: “Rusiya ilə yeni danışıqlara hazırlıqdan danışmaq hələ tezdir”

 Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Rusiya ilə mümkün danışıqlara dair yayılan xəbərlərə münasibət bildirib.

Musavat.com xəbər verir ki, nazirlik rəsmisinin sözlərinə görə, hazırda Rusiya ilə yeni danışıqlar raunduna hazırlıq barədə danışmaq üçün uyğun zaman deyil. Ukrayna tərəfi hesab edir ki, belə bir mərhələyə keçmək üçün hələlik lazımi şərtlər formalaşmayıb.

Qeyd edək ki, bu bəyanat son günlər Qərb mediasında Ukrayna və Rusiya arasında ehtimal olunan danışıqlar barədə yayılan məlumatların fonunda səsləndirilib.

Musavat.com

10.06.2025 18:02
308