Rusiya və ABŞ arasında münasibətlərdəki diplomatik əngəlləri aradan qaldırmaq üçün görüş təxirə salınıb.
Musavat.com xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Onun sözlərinə görə, görüş Amerika tərəfinin təşəbbüsü ilə ləğv edilib.
Zaxarovanın dediyinə görə, Rusiya ümid edir ki, "ABŞ-ın Rusiya ilə səfirliklərin işi ilə bağlı məsləhətləşmələrdə verdiyi fasilə çox uzun olmayacaq" .
Musavat.com