Asiyanın ən böyük Tokio Fond Birjasında (TSE) ticarət ABŞ tarifləri ilə bağlı investorların narahatlığı fonunda kotirovkaların kəskin azalması ilə açılıb.
Musavat.com xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.
Yaponiyanın 225 aparıcı şirkətinin səhmlərinin qiymətlərini ölçən əsas Nikkei indeksi sessiyanın açılışından sonra ilk 10 dəqiqə ərzində 6,46 faiz azalaraq 31 596,83 bənd təşkil edib. Ötən həftənin cümə günü 8 faizlik enişdən sonra birjada ticarət avtomatik sistem tərəfindən dayandırılmışdı.
Analoji proses Çin birjalarında daha sürətlə gedir. Honq-Konqda siyahıya alınmış materik Çin qiymətli kağızlarının ümumi performansını ölçən Hang Seng Çin Müəssisələri İndeksi 8,99 faiz və ya 757,16 bənd azalaraq 7,662,98-ə düşüb. 30 böyük texnologiya şirkətinin səhmlərinin qiymətlərini ölçən Hang Seng Tech İndeksi 10,55 faiz (560,62 bənd) azalaraq 4752,64 bənd olub.
Şanxay Fond Birjasını izləyən Şanxay Kompozit İndeksi 4,46 faiz, Shenzhen Fond Birjasının əsas indeksi olan Shenzhen Komponent İndeksi isə 5,96 faiz ucuzlaşıb.
Sürətlə böyüyən kiçik və orta müəssisələrə yönəlmiş Pekin Fond Birjası indeksi də 7 faiz azalaraq 1181,07 səviyyəsinə düşüb.
Qeyd edək ki, bazar günü istirahətindən qayıdan Donald Tramp Çinə qarşı tariflərin yumşaldılmayacağını deyib. O, bildirib ki, Çinlə ticarətdəki böyük kəsir aradan qalxana qədər tariflər qüvvədə olacaq.
Musavat.com