Yolu keçən tələbələri maşın vurdu: Vəziyyətləri AĞIRDIR

Naxçıvan şəhərində ağır yol qəzası baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, KIA markalı avtomobil yolu qarşı tərəfə keçən 2006-cı il təvəllüdlü Amin İntiqam oğlu Allahverdiyev və Zaur Fizuli oğlu Məhərrəmovu vurub.

Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətləri orta-ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, onların Naxçıvan Dövlət Universitetinin tələbələri olduğu bildirilir./Report

27.04.2025 13:13
617