İnsanlara hürriyət, millətlərə istiqlal!

17 yaşlı Səidin qətldən sonra yazdığı ŞOK MESAJLAR üzə çıxdı: “Öldürmək ləzzət elədi…” - TƏFƏRRÜAT

Göyçayda baş verən qətlin təfərrüatı məlum olub. Qətli törədən 17 yaşlı şəxs kriminal aləmə meyilli olub. Ölən şəxs isə həbsxanadan yeni çıxıbmış. Qətli törədən şəxsin hadisədən sonra tanışına yazdığı şok mesajlar üzə çıxıb.

Musavat.com xəbər verir ki, qətli törədən 17 yaşlı Səid Bayramlı hadisə günü aralarında sevgi münasibəti olan qızla parkda əyləşərək itə baxırmış. Bu zaman Hüseyn Feyzullayev ona yaxınlaşaraq gecənin bu saatında qızla niyə gəzdiyini soruşub. Səid də qızın dostu olduğunu deyib. Hüseyn isə Səidin yalan danışdığını deyib və mübahisə etməyə başlayıblar. Əvvəlcə əlbəyaxa dava ediblər. Döyülən Səid evə gedərək bıçaq götürüb və Hüseynin yanına qayıdraraq ona çoxsaylı zərbələr vurub.

Səid ifadəsində deyib ki, atası evə it gətirib. Həmin itin şəklini sevdiyi qıza götürüb. Qız da ev itlərini çox sevdiyini, itə baxmaq istədiyini deyib:

f5ad9995-e8d8-4c1b-93f5-056af552ae70.jpeg (31 KB)

Fotoda: qətlə yetirilən Hüseyn

“Dedim ki, axşam gətirərəm, baxarsan. Gecə parkda görüşdük. Oturub söhbət edirdik. Təxminən 20 metr məsafədən adının sonradan Hüseyn olduğunu bildiyim şəxs məni çağırdı. Ona tərəf getdim. Burda nə etdiyimizi soruşdu. Qızla dost olduğumu, söhbət etdiyimizi dedim. Mənə dedi ki, həbsdən yeni çıxıb və buranın vəziyyətinə o baxır. Məhəllədə qızla gəzməyə icazə vermədiyini dedi. Mənə yalan danışdığımı, qızın dostum olmadığını dedi. Sonra mübahisə eləməyə başaldı. Məni vuranda mən də onu vurdum. Qızın qolundan tutub dartanda əlindən tutub itələdim. Ana söyüşü söydü. Məni döyməyə başladı. Qız evə tərəf getdi, mən də qaçdım”.

Səid evə gedərək 35 manata aldığı ov bıçağını götürüb. Gecə saat 3:30 radələrində Hüseyni “Avtovağzal dairəsi” yaxınlığında çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Bıçağı marağı olduğu üçün hadisədən təxminən bir il əvvəl instaqram səhifələrindən birindən sifariş verərək aldığını deyən Səidin kriminal aləmə marağı olduğu da üzə çıxıb. Belə ki, onun instaqram profilində həmin bıçaqla çoxsaylı şəkilləri, kriminal aləmə meyilli paylaşımları diqqət çəkib.

Qətli törədəndən sonra evə qayıdan Səid paltarını dəyişib və həyətdə oturub. Qardaşı onu görən zaman nə baş verdiyini soruşub. Səid qardaşına adam bıçaqladığını deyib. Bir neçə dəqiqə sonra qapıları döyülüb. Səid qapını açan zaman polislər olduğunu görüb. İlk sualda hadisəni törətdiyini etiraf edən Səid təslim olub.

Məhkəmə araşdırması zamanı Səidin telefonunda olan mesajlar da elan edilib. Məlum olub ki, Hüseyni bıçaqladıqdan sonra evə gedən Səid tanışlarından biri ilə instaqramda yazışaraq adam bıçaqladığını deyib. O, həmin yazışmada Hüseyni ana söyüşü söydüyünə, yanındakı qıza əl atdığına görə vurduğunu deyib. Bildirib ki, Hüseyn ona ana söyüşü söyüb, o da Hüseyni bıçaqlayanda ona eyni söyüşləri söyüb.

“Neçə dənə vurduğumu bilmirəm. Hardan gəldi vururdum. Öldüye, öldü... Düz yolun ortasında yıxıldı. Qaçıb deyirdi ki, baba, həkim çağır. Amma qaça bilmədi, yıxıldı. Atam bilsə, ürəyi partlayacaq. İndi işə gedib, xəbəri yoxdur. Allah eləsin kişiyə heç nə olmasın. Bilsə, qorxuram ki, ürəyi dayanacaq. Məm gedirəm, harda olsampolis gələcək. Azı 10 ilim var. Gedib “srokumu” yatacam. Artıq olan oldu”.

Həmin mesajlarda Səidin adam bıçaqlaması ilə bağlı yazışmalarda “ləzzət elədi” yazması da üməyyən edilib.

Məhkəmədə Səidin yanında olan qız da şahid kimi dindirilib. O da Səidin ifadəsinə oxşar ifadə verib. Bildirib ki, Səidlə söhbət edən zaman tanıçaqdıqları şəxs onlara yaxınlaşaraq heç bir səbəb olçadan mübahisə edib.

Mərhum Hüseynin anası məhkəmədə hüquqi varis kimi ifadə verib. Deyib ki, iki uşaq atası olan oğlu həvsdən çıxdıqdan sonra Göyçayda yaşamağa başlayıb. Ananın sözlərinə görə oğlu həmin gecə Bakıya getmək üçün taksi axtarırmış:

“Uşağını görmək üçün Bakıya gedəcəkdi. Taksi sürücüləri deyib ki, adam tapsalar, gecə yola çıxacaqlar. Axşama qədər maşın gözləyib. Mən də onunla danışmışdım. Yoldaşı ilə də danışıb taksi axtardığını deyib. Gecə mənə zəng edib Hüseynin avtomobil qəzasına düşdüyün dedilər. Xəstəxanaya gedəndə öyrəndim ki, Hüseyni öldürüblər”.

Mərhumun anası deyib ki, Səidin Hüseyni tək öldürməsi mümkün deyil: “Hüseyn idmançı idi. Səidin ona gücü çatmazdı. Kimsə ona kömək edib”.

Onun sözlərinə görə Səidin ailəsi barışıq üçün onlara müraciət etsələr də razılaşmayıblar: “Mən oğlumun qatilinə ən ağır cəzanın verilməsini istəyirəm”.

Məhkəmədə müşahidə kamerlarının görüntüləri də izlənilib. Həmin görüntülərdə Səidin yol kənarından qaçaraq Hüseyn tərəfə getdiyi, ona zərbə vurduğu aydın olur. Hüseyn qaçmaq istəyən zaman Səid daha bir neçə zərbə vurur. Hüseyn yolun ortasında büdrəyərək yıxılıb.

Səid Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR