Onlayn ictimai-siyasi qəzet
Abşeronda bədbəxt hadisə baş verib.
Musavat.com APA-ya istinadla xəbər verir ki, Xırdalan şəhəri, Kristal 1 yaşayış kompleksində 19 yaşlı İlqar Quliyev binanın 12-ci mərtəbəsindən yıxılaraq ölüb.
Gəncin həmin binada yaşamadığı, sadəcə oraya hazırlığa gəldiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, 19 yaşlı şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.
“01.11.2025-ci il tarixində saat 12:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən təcili çağırış daxil olub. Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 19 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”, – məlumatda deyilir.
02 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ