Onlayn ictimai-siyasi qəzet
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfdaş ölkələrdə, o cümlədən Azərbaycanda kütləvi qırğın silahları ilə bağlı risklərin azaldılması proqramlarına böyük maliyyə ayıracağını açıqlayıb.
Musavat.com xəbər verir ki, sözügedən proqram çərçivəsində ümumilikdə 3,5 milyard dollar vəsait xərclənəcək.
Müqavilə tərəfdaş dövlətlərə kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrinin davamlı şəkildə azaldılmasını təmin etmək məqsədilə müxtəlif xidmət və məhsulların təqdim edilməsini nəzərdə tutur.
Pentaqonun yaydığı məlumatda qeyd olunur ki, Vaşinqton CTR (Cooperative Threat Reduction) proqramı çərçivəsində 35 ölkə ilə əməkdaşlıq edir. Bu siyahıya Ukrayna, Moldova, Azərbaycan, Hindistan, Pakistan və bir sıra digər dövlətlər daxildir.
Musavat.com
28 Avqust 2025
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ