İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ dağılır: ölkəni üsyanlar bürüyüb, mağazalar qarət olunur, maşınlar yandırılır... – DƏHŞƏTİN VİDEOları

ABŞ-ın Los Anceles şəhərində etiraz aksiyaları nəzarətdən çıxıb.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, küçələrə axışan etirazçılar artıq ticarət obyektlərini dağıdaraq kütləvi qarətlərə başlayıblar.

Sosial şəbəkələrdə yayılan videolarda iri mağazalara hücum edildiyi, şüşələrin qırıldığı, polisin isə vəziyyəti nəzarətə almaqda çətinlik çəkdiyi açıq şəkildə görünür. Həmçinin qeyd olunur ki, hüquq-mühafizə orqanları izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Mənbələr qeyd edirlər ki, şəhərin mərkəzi hissəsindəki ticarət zonaları tamamilə bağlanıb, bəzi bölgələrdə fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Hazırda hadisə ilə bağlı əlavə məlumatlar gözlənilir. Paylaşılan kadrlardan görünür ki, şəhərdə tam xaotik vəziyyət hökm sürür. Qarətçilərin bəziləri isə kameralar qarşısında açıq şəkildə malları daşıyaraq qaçırlar.

Musavat.com hadisə ilə bağlı yayımlanan videoları və görüntüləri izləyicilərinə təqdim edir. Prosesin ölkənin digər ştatlarına yayıldığı da müşahidə olunur.

ABŞ-da son həftələr baş verən hadisələr artıq ölkənin daxilindəki gərginliyin tək-tük insidentlərdən ibarət olmadığını, əksinə sistemli bir çöküş təhlükəsinin gündəmdə olduğunu göstərir. Musavat.com-un beynəlxalq analitik müşahidələrə əsaslanan məlumatına görə, Vaşinqtondan Nyu-Yorka, Kaliforniyadan Texasadək bir çox ştatda həm siyasi, həm də ictimai proseslər nəzarətdən çıxmağa başlayıb.

Siyasi baxımdan, Prezident Tramp administrasiyası ilə Demokratlar arasındakı toqquşma getdikcə daha kəskin formalar alır. Konqresdə qəbul edilən bəzi qanun layihələrinin icrası prezidentin sərəncamları ilə qarşı-qarşıya gəlir. Bir çox ştatda isə əyalət hakimiyyətləri federal rəhbərliyin göstərişlərinə əməl etməkdən imtina edir. Nəticədə, ABŞ-da uzun illərdir qorunan mərkəzləşdirilmiş siyasi idarəetmə prinsipi sarsılmaq üzrədir.

Digər tərəfdən, iqtisadi və sosial sahələrdə də vəziyyət qeyri-stabil olaraq qalır. İnflyasiya hələ də arzuolunan səviyyəyə endirilə bilmir. Eyni zamanda, kütləvi işdən çıxarmalar, evsizlik və sosial yardımlara çıxışda yaşanan çətinliklər cəmiyyətdə narazılığın artmasına səbəb olub. Təkcə 2025-ci ilin ilk beş ayında ölkə miqyasında 300 mindən çox insanın yaşayış yerini itirməsi ilə bağlı məlumatlar yayımlanıb.

Sosial mediada və televiziya kanallarında yayılan görüntülər isə vəziyyətin nə dərəcədə kritik olduğunu göstərir. Vaşinqtonda baş verən son etirazlarda federal binalara hücum cəhdləri qeydə alınıb. Kaliforniyada isə polis qüvvələri ilə etirazçılar arasında qarşıdurmalar genişlənib. “Proseslər kontroldan çıxır” ifadəsi artıq təkcə siyasi analitiklərin deyil, sadə amerikalıların da dilindədir.

Eyni zamanda, ABŞ-ın beynəlxalq nüfuzuna da ciddi xələl dəyir. Daxili böhranlar fonunda Vaşinqtonun Ukrayna, Yaxın Şərq və Asiya siyasətindəki passivliyi, dünyanın supergüc imicinə kölgə salır. Bəzi müttəfiq ölkələr artıq ABŞ-dan deyil, regional güclərdən dəstək almağa üstünlük verirlər.

Bu fonunda əsas sual isə budur: ABŞ bu xaosdan çıxış yolu tapa biləcəkmi, yoxsa proseslər geri dönməz bir siyasi parçalanma mərhələsinə qədəm qoyub? Hazırkı reallıqlar göstərir ki, Vaşinqton bu sual qarşısında cavab tapmaqda çətinlik çəkir…

@@TVmusavat/116929@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR