Onlayn ictimai-siyasi qəzet
Vaşinqton Suriyada müxtəlif etnik qruplar arasında gedən döyüşlərdən “çox narahatdır” və bu da İsrailin rejim qüvvələrinə qarşı hücumlarına səbəb olub.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.
“Biz döyüşlərin dayandırılmasını istəyirik,” – deyə Rubio qeyd edib.
O əlavə edib ki, ABŞ münaqişəyə son qoymaq məqsədilə bütün müvafiq tərəflərlə təmasdadır:
“Ümid edirik ki, bu günün sonuna qədər müəyyən yeniliklər olacaq”.
ABŞ rəsmisi “Axios” portalına bildirib ki, Tramp administrasiyası həmçinin İsraildən Suriyadakı zərbələrini dayandırmağı və gərginliyi azaltmaq üçün Dəməşq hökuməti ilə dialoqa getməyi xahiş edib.
Məlumata görə, ardıcıl ikinci gündür ki, belə bir müraciət edilir. Görünən odur ki, dünənki müraciət Qüdsdə cavabsız qalıb.
Həmin müraciətlər ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak tərəfindən İsrailin Strateji məsələlər naziri Ron Dermer ilə danışıqlar zamanı səsləndirilib.
“Biz israillilərə dedik ki, dayansınlar və bir az nəfəs alsınlar,” – deyə yüksək rütbəli ABŞ rəsmisi “Axios”a bildirib.
Musavat.com
18 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ