İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Ukraynaya verəcəyi silahların pulunu onlar ödəyəcək – Mühüm razılaşma

Yeni razılaşmaya əsasən ABŞ-ın Ukraynaya verdiyi silahların dəyərini NATO müttəfiqləri ödəyəcək.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp NBC News telekanalına müsahibəsində deyib: "Biz NATO-ya silah göndəririk və NATO bu silahların pulunu 100 faiz ödəyir. Sonra NATO bu silahları Ukraynaya verəcək".

Onun sözlərinə görə, Amerika silahlarının Ukraynaya tədarükü ilə bağlı belə prosedura dair razılaşmalar Şimali Atlantika Alyansının iyun ayında keçirilən sammitində əldə olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR