Onlayn ictimai-siyasi qəzet
ABŞ İran rəhbərliyinin xeyrinə çirkli pulların yuyulması ilə mübarizə çərçivəsində 10 fiziki və 27 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
Musavat.com xəbər verir ki, məlumat ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda yer alıb.
Bildirilir ki, sanksiyalara məruz qalan şirkətlər və şəxslər “bir neçə milyard dolları yumağa müvəffəq olan” sxemdə iştirak ediblər. Bunun ABŞ sanksiyalarından yayınaraq “neft və digər malların satışı” yolu ilə həyata keçirildiyi qeyd olunur.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında dərc olunan məlumatlara görə, doqquz İran və bir Çin vətəndaşına məhdudiyyətlər tətbiq edilib. Bundan əlavə, 27 şirkət məhdudlaşdırıcı tədbirlərə məruz qalıb ki, onlardan 17-si Honq-Konqda, 5-i BƏƏ-də, daha 5-i isə İranda yerləşir.
Qeyd edək ki, ötən həftə xarici mətbuat ABŞ-ın İranla danışıqlar fonunda Tehrana qarşı sanksiyaların tətbiqinə ara verdiyinə dair mılumat yaymışdı. Sanksiyaların bərpası danışıqların dalana dirənməsi ilə bağlıdır.
Musavat.com
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ