İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İraqdakı səfirliyini boşaldır

ABŞ hökuməti İraqdakı səfirliyini qismən təxliyə etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu addım bölgədə artan təhlükəsizlik riskləri fonunda atılır. İraq mənbələrinin bildirdiyinə görə, Birləşmiş Ştatlar həmçinin Yaxın Şərqdə yerləşən hərbi qulluqçularına bəzi əraziləri tərk etməyə icazə verməyə başlayacaq.

Qərarın bölgədəki sabitliklə bağlı ciddi narahatlıqlar fonunda verildiyi qeyd olunur. Son günlərdə İranla bağlı gərginliklər bu narahatlıqları daha da artırıb.

ABŞ prezidenti Donald Tramp dəfələrlə bəyan etmişdi ki, əgər İranın nüvə proqramı ilə bağlı danışıqlar uğursuz olarsa, Vaşinqton hərbi güc tətbiq etməkdən çəkinməyəcək. Tramp son açıqlamasında bildirib ki, artıq Tehranın ABŞ-ın əsas tələbi olan uranın zənginləşdirilməsini dayandırmağa razılaşacağına inamı azalıb.

Müşahidəçilər hesab edirlər ki, ABŞ-ın bölgədəki diplomatik heyətini azaltması və hərbçiləri üçün təhlükəsizlik tədbirlərini gücləndirməsi mümkün qarşıdurma riskinə hazırlıq kimi qiymətləndirilə bilər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR