Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət Departamenti Kolumbiya prezidenti Qustavo Petronun vizasını ləğv edib.
Musavat.com xəbər verir ki, məlumatı Dövlət Departamenti açıqlayıb.
Departamentin yaydığı bəyanatda bildirilir ki, bu addım səbəb petronun Nyu-York şəhərinin küçələrində ictimai çıxışı zamanı zorakılığa təhrik etməsidir: "Bu gün Kolumbiya prezidenti Nyu-York şəhərinin küçələrinə çıxaraq Amerika əsgərlərini əmrlərə tabe olmamağa və zorakılığa çağırıb. Biz onun ehtiyatsız və qızışdırıcı hərəkətlərinə görə Petronun vizasını ləğv edirik".
Sentyabrın 24-də Petro BMT Baş Assambleyasının 80-ci Sessiyasının Ümumi Müzakirələrində çıxış edərək, Karib hövzəsində qayıqlara hücumlara görə ABŞ rəsmilərinə və ABŞ prezidenti Donald Trampa qarşı hüquqi prosedurların aparılmasına çağırıb.
Musavat.com
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ