İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin emissarları Qrenlandiyada xalqın rəyini öyrənməyə çalışıb

Danimarkanın xarici işlər naziri Lars Løkke Rasmussen ABŞ-nin ölkəsindəki müvəqqəti işlər vəkili Mark Strou çağırıb, izahat istəyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Danimarka xüsusi xidmət orqanları adanın ayrılmasına nail olmaq üçün Qrenlandiyada siyasətçilər və ictimai rəylə işləyən ən azı üç nəfərdən ibarət şəbəkəni aşkar ediblər.

Bildirilir ki, ABŞ prezidenti Donald Tramp, məlum olduğu kimi, bu Danimarka muxtariyyətini ölkəsinə birləşdirməklə hədələyib. O, xeyli müddətdir ki, bu cür təhdidləri təkrarlamır, lakin göründüyü kimi, niyyətini də unutmayıb.

Məlumata görə, Danimarka kəşfiyyat xidmətləri aşağıdakı faktları üzə çıxarıb. Bir Amerika vətəndaşı Qrenlandiyaya səfər edib, adanın ABŞ-yə birləşdirilməsinin potensial müttəfiqləri və əleyhdarlarının siyahısını tərtib etmək üçün yerli siyasətçilər və iş adamları ilə görüşüb. Daha iki amerikalı qrenlandiyalılarla qeyri-rəsmi əlaqə yaratmağa çalışıb. Məqsəd eynidir: Trampın ideyasını dəstəkləyə biləcək şəxsləri tapmaq.

Görünür, Amerikanın təsir agentləri buna nail ola bilməyiblər. Qrenlandiyada hələ də ABŞ-yə qoşulmağın tərəfdarları yoxdur. Ərazisi böyük, lakin əhalisi az olan (burada 57 minə yaxın insan yaşayır) adanın partiyaları arasında onun müstəqilliyini müdafiə edənlər üstünlük təşkil edir. Bu ilin martında keçirilən seçkilərdə ikinci yeri “Naleraq” partiyası tutub və 31 yerlik Qrenlandiya parlamentində səkkiz yer qazanıb. Naleraq uzaq gələcəkdə də olsa, Danimarkadan ayrılmağın tərəfdarıdır və ABŞ-la iqtisadi əməkdaşlığın dərinləşdirilməsini dəstəkləyir, Trampın planlarını dəstəkləmir.

"Danimarka Krallığının və Qrenlandiya muxtariyyətinin daxili işlərinə hər hansı müdaxilə qəbuledilməzdir", - Danimarkanın baş naziri Mette Frederiksen bildirib. O, mediaya verdiyi şərhdə ABŞ hakimiyyətinin onlara qarşı irəli sürülən iddialarınə "inkar etmədiyini" bildirib. Belə çıxır ki, ABŞ həqiqətən də Qrenlandiyada siyasi vəziyyətə təsir göstərməyə çalışıb. Danimarka hakimiyyəti açıq şəkildə bildirir ki, onlar bütün insidenti Trampın şəxsi təşəbbüsü hesab edirlər.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2025

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR